Yüzlərlə fələstinli İsrail ordusunun yeni təxliyə əmrindən sonra Qəzzanın şərqindəki Əş-Şücəyya bölgəsini tərk edib.
Axar.az xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.
“İsrail hakimiyyətinin ətraf əraziləri vurmaqla hədələyərək yeni təxliyyə əmri verməsindən sonra yüzlərlə vətəndaş Əş-Şücəyyadan cənuba və Qəzzanın mərkəzinə qaçmağa məcbur olub”, - məlumatda qeyd olunub.