Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, qəza Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib. Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.