Prezidentin çıxışı BMT-nin xəbər portalında dərc olunub – Yüksək siyasi nüfuz !

Ölkə başçısının bölgədə olan vəziyyətlə bağlı dünya ictimaiyyətinə verdiyi mesaj çox önəmlidir”


Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxış edib. Ölkə başçısı nitqində mühüm nüansları qeyd edib. Cənab Prezident xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq da:
“Azərbaycan ərazisinin beşdə biri təxminən otuz ildir Ermənistan tərəfindən işğal edilib. Ermənistan BMT-nin Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün şəraitində yaşayır. 

Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz yaşayış yerləri yaradır, Azərbaycan xalqının mədəni irsini məhv edir. Ermənistan bilərəkdən təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində yaşayan Azərbaycanın mülki əhalisinə zərbə vurur.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnaməni yerinə yetirmir”.

Ölkə başçısı bildirib ki, Ermənistan Mingəçevirdəki su anbarı və Səngəçaldakı ən böyük terminal və Azərbaycanda yerləşən infrastruktur obyektləri daxil olmaqla anti-Azərbaycan ritorikası qurmağa davam edir yeni hücumlara hazırlaşır:

“Təəssüf ki, Fransa, Rusiya və ABŞ-ın daxil olduğu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir. Buna baxmayaraq Azərbaycanın ərazi bütövlüyü məsələsinin heç vaxt müzakirə predmeti olmayıb, olmayacaq da.

Dağlıq Qarabağ Azərbaycanın qədim tarixi torpağıdır”.

Eyd edək ki, Cənab Prezidentin bu çıxışı BMT-nin xəbər portalında xüsusi xəbər formasında verilib. Bu hal ölkə başçımızın çıxışının əhəmiyyətli olduğunu və aktuallıq kəsb etdiyini göstərir. Prezident İlham Əliyev bu nitqli ilə dünyada siyasi nüfuza və xüsusi çəkiyə sahib olduğunu bir daha sübut etdi.



Millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, cənab Prezidentin BMT-də olan çıxışı çox böyük əhəmiyyət kəsb edir.
Parlament üzvü vurğulayıb ki, ölkə başçısı nitqində həm Azərbaycanın dövlət maraqları, həm də dünyanı narahat edən məsələlərə toxunub:

“Prezidentimiz hazırda bölgədə olan vəziyyətlə bağlı dünya ictimaiyyətinə verdiyi açıqlama çox önəmlidir. BMT-nin bir sıra məsələlərdə acizliyi münaqişənin daha da canlanmasına, insan itkisinin çoxalmasına şərait yaradır. Bu baxımdan Prezidentin çıxışı hamının diqqətini cəlb etdi. Ümid edirik ki, gələcəkdə həm BMT, həm də bu təşkilata üzv olan ölkələr tərəfindən münaqişənin həlli istiqamətində konkret addımlar atılar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu