“Qəbələ” və “Neftçi”nin Avropa Liqasında potensial rəqibləri


Avropa Liqasının III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb.
APA -nın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Bu mərhələdə II təsnifat mərhələsinin 37 cütündə qalib gələnlər, Çempionlar Liqasının Liqa yolunda uduzan 2 komanda və yarışa bu raunddan qoşulan 13 klub mübarizə aparacaq. Püşk bu 39 duel və 13 komandanı 26 cütünü təşkil edib.
Azərbaycan klubları “Neftçi” və “Qəbələ”nin yer aldığı cütlərin də mümkün rəqibləri müəyyənləşib. Əyalət klubunun Gürcüstan “Dinamo”su (Tbilisi) ilə oyununda qalib gələn komanda “Feyenoord” (Hollandiya) ilə üz-üzə gələcək. Təmsilçimiz qalib gəlsə, ilk matçı səfərdə keçirəcək.
“Neftçi”nin Rusiya “Arsenal”ı ilə cütündə qələbə qazanan isə “Bney Yehuda” (İsrail) qalibi ilə görüşəcək. Bakılılar tur adlasa, ilk görüşü paytaxda oynayacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də, III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.