Təyyarəmizin qəzaya uğradığı yerdən FOTOLAR


Türkiyə Müdafiə Nazirliyi iyulun 24-də Xəzər dənizinə düşən Azərbaycan hərbitəyyarəsinin qalıqlarının fotolarını yayıb.
"Sherg.az" xəbər verir ki, məlumatda qalıqların Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən tapıldığı göstərilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bu gün verilən xəbərə görə, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.
Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də, axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.