ABŞ-da uşaqların sayı azalır


60 il öncə uşaqlar ABŞ əhalisinin üçdə biri, yəni 36 faizindən çoxunu təşkil edirdi. Bu gün isə bu rəqəm 22 faizdir və gözlənildiyindən daha sürətli şəkildə azalır.

ABŞ-ən Siyahıyaalma Bürosu uşaq əhalisinin 2030-cu ilədək bu qədər azalacağını təxmin etmirdi.

Ötən həftə ABŞ-ın doğum səviyyəsi son 32 ildə ən aşağı səviyyədə enib. 2018-ci ildə 3,788,235 uşaq dünyaya gəlib ki, bu da 2017-ci illə müqayisədə 2 faiz azalma deməkdir. Bu həm də 1986-cı ildən bəri ABŞ-da doğulan ən az uşaq sayıdır.

Doğum səviyyəsi bütün irqlər və 35 yaşından aşağı qadınlar arasında azalıb. Lakin 35 və yuxarı və 40 yaşlı qadınlar arasında doğum səviyyəsi bir az artıb.

Bu həm də ölkə boyu baş verən bir trenddir. Uşaq əhalisi 1990-cı ildən bəri hər 50 ştat və Kolumbiya Mahalında azalıb.

Ən böyük azalma Meyn, Nyu Hempşir və Vermont ştatlarında qeydə alınıb. Bu ştatların hər birində əhalidəki uşaq sayı 1990-cı ilə 25 faizdən 2018-ci ildə 19 faizə enib.

Ən az azalma Nyu Cersi ştatında olub. Orada uşaqlar 1990-cı ildə əhalinin 23 faizini təşkil edirdi, 2018-ci ildə isə 22 fazini.

Eyni zamanda, ümumi yetkin əhalisi 2009-cu ildən bəri artıb.

Doğum səviyyəsinin azalmasına 2007-2009 tənəzzülünün ən böyük təsirlərinə məruz qalan 20 və 30 yaşlarındakı gənc amerikalıların hələ də professional və maliyyə baxımından tamamilə bərpa olunmadıqları üçün daha gec ailə qurmaları səbəb ola bilər.

Bu arada isə Amerikada yaşlıların sayı da artır. 2030-cu ilədək 1946-1964-cü illər arasında dünyaya gələn və Baby Boomer adlanan insanların yaşı 65-dən yuxarı olacaq, bu isə o deməkdir ki, hər be sakindən biri pensiya yaşına çatmış olacaq.

Ekspertlər ABŞ-da doğum səviyyəsinin artıq sabitləşməsini gözləyirdi. Amerikanın yaşlı insanlarınınn gənc işçilərə daha çox ehityacl olacaq ki, onlar Social Security (Sosial Təhlükəsizlik) kimi proqramları dəsətkləyə bilsin. Social Security 1935-ci ildə təqaüdə çıxmış işçiləri gəlirlə təmin etmək üçün yaradılıb.

Proqramdan həmçinin əlil işçilər və onların ailə üzvləri, habelə ölən işçilərin ailələri faydalanır.

2014-cü ilə Social Security proqramının imtiyazalarından faydalanan hər 100 insana 35 işçi işləyirdi. 2030-cu ildə işçilərin sayının hər 100 yaşlıya 44 nəfərə düşəcəyi gözlənilir.

2018-ci ilin iyun ayına olan statistikaya görə, 175 milyon insan Social Security üçün vergi ödəyirdi, təxminən 62 milyon insan isə hər ay Social Security maaşı alırdı.