Futbolçu qadın jurnalisti nakauta saldı

ABŞ-da futbol qarşılaşması zamanı xoşagəlməz hadisə yaşanıb. 

“Corcin” və  “Oberna” komandaları arasında baş tutan qarşılaşma zamanı futbolçulardan biri rəqibinə güc tətbiq edərək, onu meydandan kənarlaşdırıb. 

Bu zaman rəqib futbolçu meydanın kənarında dayanan qadın jurnalistlə toqquşub. Hadisə nəticəsində jurnalist huşunu itirib. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntüləri jurnalist Timoti Bers tərəfindən  “Twitter”də paylaşılıb.