Çinin güclənməsi NATO üçün təhdid deyil

Çinin dünyada artan təsiri Pekinin NATO üçün hərbi təhdidin artması anlamına gəlmir.

“RİA Novosti” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin deyib.

“Həqiqətən də, Çin böyükdür, böyük təsirə malikdir. Ancaq biz dinc inkişaf yoluna sadiqik, harmoniya, bərabərlik və qarşılıqlı hörmət tərəfdarıyıq”, - Çunin bildirib.

Çin Xarici İşlər Nazirliyi ölkənin dünya arenasında rolunun güclənməsinin “sülh və ədaləti dəstəkləyən və böyüyən güc” anlamına gəldiyini vurğulayıb.

Bununla yanaşı, rəsmi Pekin bir çox NATO ölkəsinin düşməni sayılmaq istəmədiyini qeyd edib.