Türkiyədə əməliyyat: PKK terrorçuları saxlanıldı

Türkiyənin Ədirnə vilayətində 3 PKK terrorçusu həbs edilib.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl Türkiyə sərhəd bölmələri ölkə sərhədini qanunsuz keçmək istəyən üç nəfəri saxlayıb.

Yunanıstana qaçmağa çalışan şübhəli şəxslərin PKK terror təşkilatının üzvləri olduğu məlum olub.