Qulaqlarımızla yanaşı, gözlərimizlə də eşidirik – Alimlərdən ilginc tədqiqat


Biz qulaqlarımızla yanaşı, gözlərimizlə də eşidirik. 
«Sherg.az»ın «sciencesetavenir.fr»ə istinadən xəbərinə görə, bu yöndə araşdırma aparan tədqiqatçılar qeyd ediblər ki, göz bəbəklərinin genişlənməsi (dilatasiyası) vasitəsilə gözlər də eşidə bilirlər. 

Baxın bəzən insanlar «gözlərimlə toxundum» ifadəsini işlədirlər. Bu ifadə mənasız yerə yaranmayıb. Yəni alimlər toxunmaq və görmək arasında bir yaxınlaşma olduğunu bildirirlər.

Qeyd edirlər ki, görmək bəzən eşitməyə bərabərdir. Yəni, gözlərlə də eşitmək olur. Bu barədə 2019-cu ilin 2 dekbarında “Journal of the Association for Research in Otolaryngology”qəzetində maraqlı maqalə dərc olunub. Məqalədə onlar görməklə eşitmək arasında bir uyğunluğun olduğunu yazırlar. 

1998-ci ildə Amerikanın « Oreqan » Universitetinin tədqiqatçıları bildiriblər ki, gözlər də cingiltili dalğalara qarşı həssasdırlar. Alimlər bu fikirlərini bayquşun üzərindən izah etməyə çalışırlar. Nə üçün bayquş ? Çünki bu quşun eşitmə sistemi xüsusi bir özəllik təşkil edir. Qulağın pərdələri beynin sağ və solunda yerləşir.

Sol qulaq  aşağıdan gələn səsi, sağ qulaq isə yuxarıdan gələn səsi eşidir. Yəni qulaqlar eşitməsi beyinlə bağlıdır. Gözlər birbaşa beynə bağlı olduğu üçün alimlər hesab edirlər ki, gözlərlə də səsi eşitmək olur.
Məhz ona görə də bəzən insan, heyvan qəfil və gözlənilməz səs eşidəndə gözlərini bərəldir.