Bülənt Ecevitin xanımı Rahşan Ecevit vəfat edib - 97 yaşında


Uzun illər Türkiyənin Baş Naziri olmuş mərhum Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit 97 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Rahşan Ecevit bir müddət idi ki, Ankarada Qata xəstəxanasında müalicə olunurdu.




Türkiyə siyasi tarixində mühüm rol oynamaqla tanınan Rahşan Ecevit Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu olub. “Aşk” romanının müəllifi, rəssam və yüksək səviyyədə ingiliscəsi olan xanım Ecevitin həyat yoldaşı Bülənt Ecevitin siyasi fəaliyyətindəki uğurlarında da böyük rolu olduğu bildirilir.