Berlində Ərdoğanla Putinin görüşü başlayıb


Rusiya Prezidenti Vladimir Putinin Berlində Liviya ilə bağlı beynəlxalq toplantı başlamazdan əvvəl Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Trend-in məlumatına görə, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər.