Baydendən mesaj: "Tələbə şəhərciyində  antisemitizmə yer yoxdur"

ABŞ prezidenti Bayden paytaxt Vaşinqtonda keçirilən Holokost qurbanlarının anım mərasiminə qatılıb və kampus hadisələri və antisemitizmlə bağlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, ABŞ və ya digər ölkələrdə antisemit nifrət çıxışlarının artdığını və buna qarşı  mübarizə aparmaq üçün əllərindən gələni etdiklərini qeyd edən Bayden, ölkədə heç bir yəhudinin onun rəhbərliyi altında özünü təhlükədə hiss etməyəcəyini söyləyib.

Çıxışında İsrailin Qəzzaya hücumlarına və ABŞ rəhbərliyinin dəstəyinə etiraz olaraq universitet şəhərciyində başlayan nümayişlərə toxunan Bayden, ifadə azadlığna  hörmət etdiklərini, lakin antisemit hərəkət və ifadələrə dözməyəcəklərini bildirib.

Bayden deyib: "İnsanlar Amerikada ifadə azadlığı, müzakirələr aparmaq, dinc etiraz etmək hüququna malik olduqlarına və bu hüquqlara hörmət edildiyinə çox  inanırlar. Mən başa düşürəm ki, bura Amerikadır. Amma  Amerikanın hər hansı bir kampusunda və ya hər hansı bir yerində antisemitizmə, nifrət nitqi və ya zorakılığa yer yoxdur" .

Tələbələrin kampus binalarına ziyan vurduğunu və bəzi kampuslarda şiddət səhnələrinin yaşandığını bildirən Bayden, bu cür nümayişlərin qanuna zidd olduğunu vurğulayıb .

Bayden əvvəlki açıqlamalarında da  ifadə azadlığı hüququnu müdafiə etdiklərini, lakin kampus tədbirlərində zorakılığa səbəb olan nümayişçilərin qanundan kənara çıxdığını və bəzi nümayişlərin antisemit olduğunu bildirmişdi.