Qəzza zolağının sakinləri hələ rəsmi olaraq elan edilməsə də, atəşkəs elan olunmasını qeyd etməyə başlayıblar.
Sherg.az xəbər verir ki, bu barədə Əl-Cəzirə agentliyi məlumat verir. Əl-Cəzirə mənbəyə istinadən atəşkəsin birinci mərhələsinin təfərrüatlarını da dərc edib:
— İsrail qüvvələri birinci mərhələdə Qəzzadan 700 metr geri çəkiləcək. Atəşkəs 6 həftə davam edəcək.
— İsrail 250-si ömürlük həbs cəzası çəkən 2000-ə yaxın fələstinli məhbusu azad edəcək. İsrail mediası bildirir ki, ölkə əsir götürülən hər qadın əsgərə görə 50 Həmas yaraqlısını azad edəcək.
— Fələstin qrupları 33 israilli məhbusu azad edəcək.
— İsrail Qəzza zolağındakı yaralıların müalicə üçün getməsinə icazə verəcək və birinci mərhələnin başlamasından 7 gün sonra Misirlə sərhəddəki Rəfah keçidini açacaq.
— İsrail qüvvələri Qəzza-Misir sərhədindən çəkilməyə başlayacaq və sonrakı mərhələlərdə tamamilə geri çəkiləcək.