ABŞ Rusiya, Türkiyə və Almaniyanın 16 vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqədə olduğu iddia olunan bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində deyilir.

Onların arasında Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşları da var.

Siyahıya əsasən, 16 şəxs Rusiya ilə əlaqədə olduğu iddiası ilə məhdudiyyətlərə məruz qalıb. Onlar arasında Rusiyanın Novosibirsk vilayətinin keçmiş qubernatoru Vasili Yurçenko (2010-2014) da var.