Blinken Ermənistanla bağlı paylaşım etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən hər iki ölkənin maraqlarına uyğun əməkdaşlığı inkişaf etdirmək üçün ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyasını yaratdıq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken sosial şəbəkədə yazıb .

“Məhz bizim güclü tərəfdaşlığımız sayəsində biz davamlı regional təhlükəsizlik və rifahın qurulmasına kömək edə bilərik”,- o qeyd edib.