Moskvadan uçan təyyarədə bomba həyəcanı

Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanından Novosibirskə uçan təyyarə geri dönməli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.

Məlumata görə, buna səbəb sərnişinlərdən birinin təyyarənin göyərtəsində bomba olduğunu iddia etməsi olub.

Qeyd edilir ki, hazırda axtarış aparılır.