DİN: Votsap qruplarında nazirlik adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir

Votsap qruplarında DİN adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.
Sherg.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

"Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb", məlumatda deyilir.