Braziliyanın San-Paulu şəhərində selfi çəkdirən turist kiçik təyyarənin uçuş-enmə zolağından çıxaraq alovlanması anını lentə alıb. Pilotdan başqa, təyyarədə olan dörd nəfər dəhşətli qəzadan sağ çıxa bilib.
“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, gənc həyatının necə xilas olduğunu belə izah edib: "Aeroportun uçuş zolağının düz qarşısında selfi çəkirdim. Qaçmağa belə vaxtım yox idi, sadəcə, geri döndüm və gördüm ki, təyyarə artıq hasara çırpılıb". Hadisə isə belə baş verib.
Braziliyanın San-Paulu şəhərində bir turist çimərlikdə gəzib foto çəkdirərkən yerli hava limanına enməyə hazırlaşan təyyarənin sürüşərək uçuş-enmə zolağından kənara çıxdığını görüb. Bunu fürsət bilən gənc həmin anları videoya çəkməyə başlayıb. Başı çəkilişə qarışan turist o zaman ayılıb ki, təyyarə ona lap yaxınlaşmaqdadı. Bundan qorxan turist geri çəkilib. Lakin çəkilişini yenə davam etdirib. Turist "Cessna" təyyarəsinin Qasto Madeyra Dövlət Hava Limanında uçuş-enmə zolağından çıxaraq hasara çırpılması zamanı pilotun öldüyü anı da lentə alıb. Alov topuna çevrilən təyyarədən bir cüt və iki uşaq da daxil olmaqla daha dörd nəfər sağ-salamat qaça bilib. Gənc şanslı qaçışını belə izah edib: "Hava limanının uçuş-enmə zolağının düz qarşısında selfi çəkirdim. Sonra təyyarə mənə doğru gəlməyə başladı. Mən ancaq səsi eşitdim və telefonumun kamerası sayəsində uçuş zolağından çıxdığını gördüm". "Qaçmağa belə vaxtım yox idi, sadəcə geri döndüm və təyyarə artıq hasara dəydi. Daha sonra tam dayandığım yerə sürükləndi" deyən turist, təyyarənin onun yanından cəmi 4 metr keçdiyini qeyd edib. O, partlayış nəticəsində qollarında və kürəyində yanıqlar olduğunu bildirib. Videonu lentə alan gənc və çimərlikdə olan digər turistlər təyyarənin şüşələrini daşlarla sındıraraq sərnişinləri xilas etmək üçün təyyarəyə daxil olub.