“Tesla”nın səhmləri ucuzlaşır: “Uçan avtomobil” də investorları xilas etmədi

“Tesla” şirkətinin yeni “Roadster” modelini təqdim etməsinə baxmayaraq, səhmləri ucuzlaşmaqda davam edir.

Sherg.az xəbər verir ki, şirkətin səhmləri ilin əvvəlindən 18 faizdən çox, ötən həftə isə 7,3 faiz dəyər itirib.

Analitiklər bunu şirkətin robotaksi, insansı robotlar və süni intellekt sahələrinə yatırımlarının nə vaxt dayanıqlı gəlir gətirəcəyinin qeyri-müəyyən olması ilə əlaqələndirirlər. “Tesla”nın beşillik kredit risk mükafatı da 2023-cü ilin mayından bəri ən yüksək səviyyəyə yüksəlib.

Bununla belə, şirkətin avtomobil tədarükləri 2026-cı ilin üçüncü rübündə 486 min 532 ədədə çataraq bazar gözləntilərini üstələyib. Hazırda investorlar şirkətin rüblük maliyyə nəticələrini gözləyirlər.