Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) oktyabrın 24-ü və 25-də artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.

Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.