Rubio: Tramp Rusiya–Ukrayna sülh danışıqlarındakı nəticəsizlikdən məyusdur

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyişin olmamasından narazılıq və qəzəb hiss edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

"O, prosesə demək olar ki, iki il həsr etməsinə baxmayaraq, danışıqlarda irəliləyişin olmamasından qəti şəkildə məyus olub və qəzəblənib", - M.Rubio qeyd edib.

Dövlət katibi vurğulayıb ki, Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün bütün səyləri göstərməkdə davam edəcək.