“Yayılan məlumatlar, təhlillər və Vaşinqtonun davranışları göstərir ki, ABŞ mütləq Kalanq yeraltı nüvə kompleksinə zərbələr endirəcək”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Salman İshaqi deyib.
“Biz reallıqları xalqla bölüşməliyik”, - deputat bildirib.
İshaqi mümkün yeni toqquşmaların başlanması ehtimalı barədə danışarkən vurğulayıb ki, ABŞ və İsrail çox yaxın zamanda İrana qarşı son dərəcə sərt addım atacaq.
Xatırladaq ki, Kalanq İsfahan əyalətində, Natanz nüvə kompleksindən təxminən 1,5-1,6 kilometr cənubda yerləşən gizli yeraltı obyektdir.