"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Norveçin paytaxtı Osloya gedib.

"Reuters" xəbər verir ki, görüşdə Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edəcək.

ABŞ Prezidentinin kürəkəni və müşaviri Cared Kuşner isə danışıqlara videobağlantı vasitəsilə qoşulacaq. Norveç hökuməti bildirib ki, Kuşner və Uitkoffun görüşlərə qoşulmasını Ukrayna tərəfi xahiş edib.

Danışıqların əsas məqsədi Ukraynada müharibənin başa çatdırılması üzrə diplomatik səyləri daha konstruktiv məcraya yönəltməkdir.