Ukrayna PUA-ları Rusiyada neft anbarına hücum edib

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Voronej vilayətində neft anbarına hücum edib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidə yanğın başlayıb.

Bölgə rəhbəri Aleksandr Qusevin sözlərinə görə, neft bazasının ərazisinə bir neçə PUA hücum edib.

İlkin məlumata görə, itki yoxdur.