
Politoloq: Bakı yeni müharibədə maraqlı deyil
Yusif Nəzərli
01:05 14.03.2025
Cənubi Qafqaz
501
Buna görə də son ana qədər təmkinli, səbirli davranması gözləniləndir
İrəvanın təxribatlarına lokal cavab verilməsi də mümkündür
Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması haqda iddialar güclənməkdədir. Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi iclasda buna eyham vurması diqqət çəkir. Digər mühüm məqam isə “Caliber”in də Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı məlumatları açıqlamasıdır. Ötən həftə elan olundu ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Bu, 10 həftə davam edəcək. Bununla yanaşı, Avropa İttifaqı (Aİ) missiyası sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işlərini intensivləşdirib. Ermənistan son iki ildə hərbi alışlarını kəskin artıraraq, Fransa və Hindistan silahlarına milyardlarla dollar xərcləyib. Həmçinin Aİ də Avropa Sülh Fondu vasitəsilə birbaşa və ya dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayır. Bu üç detal Ermənistanın yeni müharibəyə hazırlaşdığını təsdiqləyir, lakin açıq qalan suallar göz önündədir.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın aldığı silahlardan aktiv istifadə edəcək qədər canlı qüvvəsi yoxdur. Ekspert vurğulayıb ki, hərbi kadr çatışmazlığı da var:

"Bu baxımdan deyə bilərik ki, Ermənistanın yeni hücum üçün niyyəti mövcud reallıqları dəyişməkdir. Daha dəqiq desək, İrəvan Bakını dəhliz tələbindən geri çəkib, daha məqbul şərtlərdə sülh sazişini imzalamaq istəyir. Deməli, Ermənistanın məqsədi Azərbaycanı təhrik edərək öz meydanına gətirməkdir. Bəs Ermənistan hansı hücum taktikasına əl ata bilər? Azərbaycan Ordusunun Ermənistan qarşısında şəxsi heyət üstünlüyü var. Bundan başqa, aviasiya üstünlüyümüz də bəlli məsələdir. Ermənistan bunu bildiyi üçün əvvəlcə şərti dövlət sərhədində (ehtimal: Qazax, Kəlbəcər) atəşkəsi poza və ya diversiya hücumu təşkil edə bilər. Beləcə, Azərbaycan Ordusunu öz ərazisinə çəkib, burada döyüşmək istəyər. Bununla Ermənistan həm PUA əleyhinə vasitələrlə PUA, dron hücumlarımızın qarşısını almaq, həm də müdafiə müharibəsi ilə daha çox itki verdirmək planlaşdıra bilər. Paraleldə isə prosesi beynəlxalq müstəviyə daşıyıb, Azərbaycanı işğalçı kimi göstərməyə çalışar".
Ekspertə görə, Azərbaycan Ermənistanın nə etmək istədiyinin fərqindədir:
"Ümumiyyətlə, Bakı yeni müharibədə maraqlı deyil. Buna görə də son ana qədər təmkinli, səbirli davranması gözləniləndir. İrəvanın təxribatlarına lokal cavab verilməsi də mümkündür. Lakin Ermənistan gərginliyi genişləndirərsə, Bakı özünümüdafiə prinsipi və 10 noyabr bəyanatının icrası əsasında dəhlizin açılmasını, sülhü təmin edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi