22 faiz yüksək deyil: Deputatlığa qadın namizədlərin sayı azdır - RƏY

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək qadınların sayı məlum olub.  Deputatlığa namizədlərin 22,58 faizi qadındır. 

Kişi deputatlığa namizədlər isə 1025 nəfərdir. Yəni deputatlığa namizədlərin 77,42 faizi kişidir.

Statistik göstərciləri Sherg.az-a dəyərləndirən AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı bildirib ki, bu ilki seçkilərdə iştirak edən qadınların sayı əvvəlki illərə nisbətən çox deyil:

“Sabah parlament seçkilərində iştirak edən xanımlarla bağlı hesabat təqdim edəcəyik. 22.58 faiz olan qadın namizədlər hələ deputat seçilməyib. Amma 2015-ci ildə parlamentdə 26.25 faiz namizədliyini irəli sürən qadınların 21 faizi seçilmişdi. Deməli, bu ilki göstərici elə də yüksək deyil. Ola bilər ki, 22.58 faizin heç biri deputat seçilməsin”.