İndoneziya sahillərində güclü zəlzələ olub


İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Soronq şəhərindən 272 kilometr cənubda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.