İranda koronavirusa yoluxan 39 nəfər sağaldı


İranda yeni tip koronavirusa yoluxanlardan 39-u sağalıb.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Ölümcül virusdan sağalanlar Qum, İsfahan, Gilan, Əlborz, Mərkəzi, Hörmüzqan, Kirmanşah olmaqla, ölkənin müxtəlif şəhər və vilayətlərindəndir.