Türkiyədə koronavirusdan müalicə olunan soydaşımız evə buraxılıb


Türkiyədə koronavirus infeksiyasından müalicə olunan soydaşımız evə buraxılıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, altı gün müalicə olunan xəstənin son analizləri təmiz çıxıb. O, özünü normal hiss edir, səhhətindən şikayəti yoxdur.

Səfirlik tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdikləri problemlərin həllinə dəstək verməkdə davam edir.