Türkiyə parlamentində 3 nəfər koronavirusa yoluxdu

Türkiyə Böyük Millət Məclisində 3 nəfər koronavirusa yoluxub.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Mustafa Şentop açıqlamasında bildirib. O, TBMM-in həkiminin virusa yoluxduğunu və hazırda səhhətinin yaxşı olduğunu deyib:

“Həkim yoldaşımızın vəziyyəti yaxşıdır, sabah ya birisigün evə buraxılacaq. TBMM-in laboratoriyasında işləyən bir əməkdaşımız da yoluxub. Parlamentdə çalışan başqa bir nəfərdə də müayinələr pozitiv çıxıb. Personal və vəkillərimizə dezinfeksiyedici məhlul və maska payladıq. Onların istifadəsini vəkillərə tövsiyə edirik”.