Seysmoloji mərkəz gücləndirilmiş rejimdə çalışır

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
Mərkəzdən Lent.az -a verilən məlumata görə, gücləndirilmiş iş rejimi ilə fəaliyyət Nazirlər Kabinetinin müvafiq icazəsi əsasında həyata keçirilir.

Qeyd edək ki, RSXM ölkə ərazisində seysmoloji tədqiqatlar aparan yeganə dövlət təşkilatıdır. Mərkəzin hazırda 40 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Həmin stansiyalardan məlumatlar peyk vasitəsi ilə birbaşa “Zəlzələlərin tədqiqatı bürosu”na ötürülür. Burda 35 ərazi və 5 regional seysmik stansiyaların məlumatları emal edilir. Hazırda stansiyalarımız və büro işini fasiləsiz olaraq “real vaxt” rejimində davam etdirir.