Ölkə rəhbərinə: “Fəxr hissi keçirirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Şəkidən olan sosialist əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Baba Səmədov Prezidentə məktubunda yazır:

“Çox hörmətli Prezident, Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr hissi keçirirəm və qürrələnirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram. Siz xalqınızı, millətinizi canınızdan da çox istəyirsiniz. Əminik ki, bu şərəfli işinizi bundan sonra da uğurla davam etdirəcəksiniz”.