“Paşinyan üçün çətin siyasi dönəm başlayır”

“O istefaya gedə və ölkədə yenidən seçkilər keçirilə bilər”


“ “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukayana qarşı cinayət işinin açılması və etirazlar əlbəttə ki, Paşinyan üçün soyuq duş effekti yaratdı. Paşinyan vaxtı ilə müttəfiqi olan Sarukyandan belə bir mövqe gözləmirdi. Ona görə də ona qarşı sərt tədbirlərə əl atdı”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik qeyd edib ki, Sarukyan Robert Koçaryan və Serj Sarkisyanla iş birliyində olub:



“İndi də onun Paşinyanla iş birliyində olması yeni bir siyasi gediş idi. Paşinyan bunu indi anlayır. Rusiya Paşinyanın normal siyasi hakimiyyətinin davam etməsinə imkan verməyəcək. Bu məsələlərin arxasında Kremlin durduğu istisna etmirəm. Məhz Ararat Mirzoyan və digərlərinin Rusiyaya bağlı olması və Kreml tərfindən verbovka edilməsi Paşinyanı şübhələndirir. Keçmiş DTK və Paşinyanın sabiq komanda üzvü olan sədri Artur Vanetsyanın Rusiya tərəfinə keçməsi Paşinyanın öz komanda üzvlərindən şübhələnməsinə gətirib çıxarıb”.

Politoloq vurğulayıb ki, Paşinyan üçün çətin siyasi dönəm başlayır:

“O istefaya gedə və ölkədə yenidən seçkilər keçirilə bilər. Bundan əlavə beynəlxalq təşkilatlar hazırkı vəziyyəti analiz edir. Amma burada etirazlara qarşı zorakılıq halları olduğu halda beynəlxalq təşkilatlar susqunluğa üstünlük verirsə, burada ikili standartlar var. Çünki çox görmüşük ki, belə qurumlar Ermənistana qarşı loyal mövqe nümayiş etdirir. Hesab edirəm ki, beynəlxalq təşkilatlarda yenilənməli, öz nizamnamələri çərçivəsində ədalətli olmalıdırlar. Azərbaycan və digər ölkələrə münasibətdə ikili standartlara yol verməməlidir”.