İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.
"Sherg.az""Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İran Milli Məclisinin mətbuat xidmətinin məlumatında deyilir.
Cəfəri bu ilin fevralında keçirilən 11-ci çağırış parlament seçkilərində qalib gəlib və vəzifəsinə mayın sonunda başlayıb. Deputat Planlaşdırma və büdcə komitəsinin üzvü idi. O, 8-ci çağırışda (2008-2012) da millət vəkili olub.