Qaxda minik avtomobili və mikroavtobus toqquşub


Qax rayonunun Ləkit kəndində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.