" "Vikipediya"da keyfiyyətə və kəmiyyətə üstünlük verilməlidir"

"Son günlər şəbəkələrdə, mətbuatda ana dilimizdə  tədrisin gücləndirilməsi bağlı müzakirələrin getdiyi bir vaxtda "Vikipediya"nın önəmi bir daha gündəmə gəlir".

"Sherg.az" xəbər veri ki, bu barədə "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk bildirib. Ekspertin sözlərinə görə hər gün on minlərlə  insan məlumat əldə etmək üçün "Vikipediya"ya müraciət edir:

"Doğma dilimizdə məlumatlar oxuyurlar. Son müzakirələr göstərir ki, "Vikipediya"nın Azərbaycan dil bölməsində keyfiyyətli, məzmunlu, etibarlı mənbələrə söykənən maraqlı məqalələrin yaradılması və ya əsaslı redaktəsi diqqətdə saxlanılmalıdır. Xarici dil bölmələrində məqalələrin tərcümə olunaraq, Azərbaycan dil bölməsində yaradılması dilimizi əlavə sözlər qazandırır. Onu zənginləşdirir. Bu istiqamətdə fəaliyyət gücləndirilməlidir.  Cəmiyyətin intellektual, yaradıcı kəsimi prosesdə fəal iştirak etməlidir. "Vikipediya"da  həm keyfiyyətə, həm də kəmiyyətə üstünlük verilməlidir".