Bakıda tozun miqdarı normadan artıqdır


Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində   Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

APA-nın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə  əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”.