Qəza nəticəsində VAZ iki yerə parçalandı - FOTO

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb.
“Qafqazinfo”xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub. 



Hadisə nəticəsində iki nəfər - Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq, Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb.
Faktla bağlı araşdırma aparılır.