Ermənistanın Tərtərə hücumları ilə bağlı lazımi addımlar atılacaq - RƏSMİ

"Ermənistan tərəfinin Tərtərə hücumları ilə əlaqədar Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq edib. Tərəfimizdən lazımi addımlar atılacaq”.
"Sherg.az"ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, bu gün hərbi attaşelərə düşmənin itkiləri, təxribatları və dezinformasiyası barədə ətraflı məlumat verilib.