İlham Əliyev: “Ermənistan razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub”

“Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub".
"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev "Twitter“ hesabında yazıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.