"Düşmən atəşkəsin ilk günü 5 rayona 229 mərmi atıb" - Prezidentin köməkçisi

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tviter səhifəsində yazıb:
H.Hacıyev qeyd edib ki, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb:
“Tərtərə 160, Ağdama 63, Goranboya 6...;
- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
- 1 dron hücum“.