Erməni mediasından gülünc xəbər - Bu dəfə Tarkanı "ÖLDÜRDÜLƏR"

Ermənistan mediası növbəti dəfə dezinformasiya yayıb.

Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, düşmən mətbuatı bu dəfə Türkiyənin tanınmış müğənnisi Tarkanın adını Azərbaycan Ordusunun əsgəri kimi təqdim edərək öldüyünü yazıb.

Qeyd edək ki, düşmənin bundan öncə yaydığı "siyahı"da Türkiyənin digər tanınmış ifaçısı Sərdar Ortacın adı yer almışdı.

Sərdar Ortacın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilmişdi.