Hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Qurumdan "Sherg.az"a verilən məlumata görə, noyabrın 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Noyabrın 29-u gündüzdən 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.