Türkiyədə bu gün COVID-19-dan 193 nəfər ölüb

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı yeni rekord qeydə alınıb. Son sutka ərzində ölkədə koronavirusdan (COVID-19) 193 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 183 624 nəfər koronavirus testindən keçib, 6690 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 923 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 199 nəfər artaraq 5502 olub.