"Köçəryanla Sarkisyan beynəlxalq tribunala çıxarılacaqlar” – Hesab zamanıdır! 

“Dinc sakinlərimizin öldürülməsində onların “əl”i var”

“Hara qaçsalar da, həqiqətdən və ədalətin hökmündən canlarını qurtara bilməzlər”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanı məğlubiyyətlə bağlı sərt qınayıb və onu təhqir edib.  O, Paşinyanın ünvanına bunları deyib: “Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.


Hərçənd, Ermənistanın keçmiş başçıları Koçaryan və Sarkisyan da cinayətkar idilər. Onlar dinc sakinlərimizin qətlə yetirilməsində, dədə-baba torpaqlarından didərgin düşmələrində əsas pay sahibidirlər. Bunu artıq bütün dünya bilir.

Millət vəkili Ramil Həsən bu barədə “Sherg.az”a danışarkən onların törətdikləri əməllərə görə məsuliyyət daşıdığını vurğulayıb: 

“Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə dediyi kimi, Ermənistanda xunta, yəni cinayətkar rejim hökm sürür. Paşinyan rejimi özü də Soros Fondunun tör-töküntüsüdür. Köçəryanın, Sarkisyanın da bizim dinc sakinlərimizin öldürülməsində əli var.

Onların əli Azərbaycan xalqının qanına bulanıb. Odur ki, hər iki siyasətçinin indi verdiyi açıqlamalar da boş və absurddur.

Dövlət başçısı Ağdam məscidi qarşısındakı çıxışında bu məsələyə geniş toxunmuşdu. Ermənistanın keçmiş rəhbərləri mütləq beynəlxalq tribunal qarşısında cavab verəcəklər. Onlar hara qaçsalar da, həqiqətdən və ədalətin hökmündən canlarını qurtara bilməzlər”.