Azərbaycanda bu günədək 228028 nəfərdə COVID-19 aşkarlanıb, 3044 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 228 028 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.