Hindistan-Çin hərbçiləri arasında atışma: Çox sayda yaralı var

Hindistan və Çin sərhəd qüvvələrinin əsgərləri arasında toqquşmalar baş verib.
Bu barədə Hindistanın “Latestly” portalı xəbər yayıb.
Bildirilir ki, Naku-La keçidində Çin hərbçiləri Hindistan ərazisini ələ keçirməyə cəhd ediblər və Hindistan hərbçiləri onları dayandırıb.
Qarşıdurmalarda 20 çinli və 4 hindistanlı əsgər yaralanıb.
Ərazidəki vəziyyətin artıq nəzarət altında olduğu qeyd edilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.