MƏHƏRRƏMin İNCƏ siyasəti: “İstefa növbəti seçkilərə hədəflənib”

“O indidən təşkilatlanmağa başlayır”

“Yaradacağı yeni pariya, yəqin ki, CHP-nin nüfuzu üçün ciddi zərbə olacaq”

Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib. Bu barədə türkiyəli siyasətçi özü bildirib. O, istefasının səbəblərinin həftə içi yazılı şəkildə açıqlayacağını bəyan edib.

Qeyd edək ki, sabiq millət vəkili M. İncə 2018-ci ildə prezidentliyə namizəd olub. Siyasətçinin məhz indiki vaxtda istefa verməsi çoxlarını təəccübləndirib.

Türkiyə tədricən güclənərək beynəlxalq gücə çevrilir. Belə bir vaxtda M. İncə, doğrudanmı, siyasətdən uzaqlaşır?



 “Ağ”Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikrincə, bu, heç də belə deyil. Ə. Məmmədli qənaətini “Sherg.az”la bölüşdü:

“Ötən seçkilərdə M. İncə xeyli nüfuz qazanıb. O, CHP tarixinin ən uğurlu siyasətçilərindən biridir. Bir neçə adam partiyadan ayrılandan sonra o da eyni qərarı verdi. Çox güman, bu addımı növbəti seçkilərə hədəflənib. M. İncə indidən təşkilatlanmağa başlayır. Yaradacağı yeni pariya, yəqin ki, CHP-nin nüfuzu üçün ciddi zərbə olacaq”.