ABŞ- Ukrayna əlaqələri güclənir - Rusiyaya sanksiya planı...

Ukrayna rəsmiləri ABŞ Prezidenti Co Baydeni “Şimal axını-2” qaz kəməri ilə əlaqədər olaraq onu Rusiyaya qarşı yeni, hərtərəfli sanksiyalar tətbiq etməyə çağırıblar. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Bildirilir ki, Ukrayna Prezidenti Vladimir Zelinskinin ofisi rəhbərinin müavini Yulia Sviridenko Vaşinqton Antanlik Şurasının onlayn konfransı zamanı ABŞ-ın Donbasdakı münaqişəni həll etməkdən ötrü danışıqlara qoşulmalı olduğunu deyib. Rəsmi Kiyevə görə, ABŞ, AB və Ukrayna azadlığı və demokratiyanı birlikdə qorumalıdır.

Sviridenko, həmçinin deyib ki, Ukrayna ABŞ-la hərbi əməkdaşlığı gücləndirməyi planlaşdırır. Ukrayna, ABŞ-ı kiber təhdidlərə, informasiya hücumlarına və təbliğatına qarşı birlikdə çalışmağa çağırıb. Rəsmilərin sözlərinə görə, “Şimal axını- 2” qaz kəmərinin inşasının dayandırılması Ukrayna üçün kritik əhəmiyyət daşıyır. 
Atlantik Şurasının əməkdaşları da öz növbəsində “Ağ Ev”ə Ukraynaya hərbi yardımın ildə 500 milyon dollara qədər artırılmasını, Ukrayna ilə NATO arasında əməkdaşlığın gücləndirilməsini, habelə “Şimal axını 2” layihəsinə təzyiqlərin artırılmasını təklif ediblər.